Lavrov iranlı həmkarı ilə danışdı
    • 15-01-2024, 15:30
    • 110

Lavrov iranlı həmkarı ilə danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

News.24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı yeni dövlətlərarası müqavilənin hazırlanması və Yaxın Şərqdə gərginliyin artması  müzakirə olunub. 

Diplomatlar ABŞ və müttəfiqlərinin Yəmənə endirdiyi zərbələri kəskin şəkildə pisləyib və Qəzzada dərhal atəşkəsə çağırıblar. Onlar qeyd ediblər ki, humanitar yardımın anklava maneəsiz çatdırılmasını təmin etmək və zərər çəkmiş mülki şəxslərə kömək etmək lazımdır.

Mehriban Mirzəzadə