Şoyqu iranlı həmkarı ilə danışdı
    • 15-01-2024, 16:30
    • 116

Şoyqu iranlı həmkarı ilə danışdı

Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu iranlı həmkarı briqada generalı Məhəmməd Aştiani ilə telefon danışığı aparıb.

News.24.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, dialoq zamanı ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub. 

Danışıqlar zamanı hərbi-texniki əməkdaşlığın ən aktual məsələləri müzakirə edilib. Şoyqu və Aştiani regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. 

Rusiyalı nazir qeyd edib ki, Moskva və Tehran hər kəsin həqiqətən bərabər hüquqlara malik olacağı çoxqütblü dünya qurmaq maraqları naminə səylərini tədricən artırır.

Mehriban Mirzəzadə