-
- 15-01-2024, 21:42
- 247
Partlayışda ölənlərin sayı ARTDI
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb.
News24.az xəbər verir ki, dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.
FHN-in Mətbuat xidmətindən bildirilib ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb. 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Fərid Azəri