Bakıdakı partlayışda dağıntılar altından meyitin çıxarılma anı - VİDEO
    • 15-01-2024, 16:23
    • 1 195

Bakıdakı partlayışda dağıntılar altından meyitin çıxarılma anı - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığındakı sexdə baş verən partlayışdan sonra dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb.

News24.az Day.Az-a istinadən xəbər verir ki, xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq, təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.

Partlayış-yanğında 24 nəfər xəsarət alıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub. Xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.

Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib. 14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexindəki yanğın artıq söndürülüb.