Bakıda sexdəki partlayışda ölənlərin sayı 7-yə çatdı - YENİLƏNİR
    • 15-01-2024, 18:12
    • 205

Bakıda sexdəki partlayışda ölənlərin sayı 7-yə çatdı - YENİLƏNİR

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı yeddiyə çatıb.

News24.az oxu.az-a istinadən xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a bildirilib ki, paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb.


***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.

News24.az xəbər verir ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.