Dəmiryol Xəstəxanası bu nazirliyin balansına verildi
    • 16-01-2024, 10:28
    • 377

Dəmiryol Xəstəxanası bu nazirliyin balansına verildi

“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bağlanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, tibb mərkəzi bağlandığı üçün həkimlər müxtəlif xəstəxanalarda çalışmağa üz tutublar.

News24.az xəbər verir ki, Modern.az məsələni aydınlaşdırmaq üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında qurumun mətbuat xidmətinin rəisi Sənubər Nəzərli bildirib ki,“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 dekabr tarixli 945 saylı Sərəncamına əsasən Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.

Hazırda bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birgə müvafiq təhvil-təslim işləri həyata keçirilir".