-
- 16-01-2024, 10:30
- 189
Qəzza zolağında BMT-nin 152 əməkdaşı öldürülüb: Quterreş
Fələstin-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində oktyabrın 7-dən indiyədək BMT-nin 152 əməkdaşı həlak olub.
News.24.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş mətbuat konfransında bildirib.
“Beynəlxalq humanitar hüququn aşkar şəkildə pozulması məni çox narahat edir. Oktyabrın 7-dən bəri Qəzzada BMT-nin 152 əməkdaşı öldürülüb ki, bu da təşkilatımızın tarixində ən dəhşətlisdir”,- deyə Quterreş bildirib.
O, qeyd edib ki, dəstək göndərənlər böyük təzyiqlərə baxmayaraq, Qəzzaya yardım çatdırmaq üçün mümkün olan hər şeyi edirlər.
Mehriban Mirzəzadə