"Vəziyyətdən narahatıq, dərhal atəşkəs olmalıdır" - Quterreş
    • 15-11-2023, 12:52
    • 188

"Vəziyyətdən narahatıq, dərhal atəşkəs olmalıdır" - Quterreş

"Baş katib Qəzzada bir sıra xəstəxanalardakı dəhşətli vəziyyətdən və insanların həlak olmasından narahatdır. O, dərhal atəşkəs elan etməyə çağırıb".

News24.az  xəbər verir ki, bu barədə BMT-nin baş katibi rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinqdə deyib.

BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında xəstəxanalarda insanların həlak olmasından narahatlığını bildirib və dərhal atəşkəs elan etməyə çağırıb.

Qeyd edək ki, bir qədər əvvəl Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağında hücumlar nəticəsində 35 xəstəxanadan azı 22-nin fəaliyyətini dayandırdığını bildirib. 

Ayşən