-
- 16-01-2024, 13:28
- 323
Nazir müavininin oğlu yeni vəzifəyə təyin olundu - FOTO
Dövlət Gömrük Komitəsinin Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi təyin edilib.
News24.az Qaynarinfo-a istinadla bildirir ki, DGK-nın sədri Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik Nuriyev Orxan Eldar oğlu təyin olunub.
Qeyd edək ki, ədliyyə nazirinin müavini Eldar Nuriyevin oğlu Orxan Nuriyev bu vəzifəsindən əvvəl DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi olub.