İrandan İraq səfirinə ETİRAZ
    • 16-01-2024, 14:29
    • 184

İrandan İraq səfirinə ETİRAZ

İranın İraqdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. 

Məlumata görə, Bağdaddakı müvəqqəti işlər vəkilinə İranın Ərbilə raket hücumlarına görə etiraz notası verilib. 

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani isə SEPAH-ın Ərbilə raket hücumu ilə bağlı bildirib ki, bu əməliyyat ölkənin təhlükəsizliyinin müdafiəsi və terrorizmə qarşı mübarizə çərçivəsində həyata keçirilib. 

“Bu əməliyyat İran hökumətinin təhlükəsizliyini pozanlara qarşı #ədalətli cəzanın bir hissəsi olub”, - deyə, Kənani əlavə edib.

Nəzrin