ABŞ İranın Ərbilə raket hücumlarına reaksiya verdi
    • 16-01-2024, 12:30
    • 250

ABŞ İranın Ərbilə raket hücumlarına reaksiya verdi

ABŞ İranın İraqın Ərbil şəhərinə endirdiyi zərbələri kəskin şəkildə pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.

News.24.az xəbər verir ki, bu barədə  ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda bildirilib.

"Biz İranın İraqın sabitliyini pozan ehtiyatsız raket hücumlarına qarşıyıq. İraq hökumətinin və Kürdüstan Regional Hökumətinin İraq xalqının istəklərini yerinə yetirmək üçün göstərdiyi səyləri dəstəkləyirik"- bəyanatda qeyd olunub.

Mehriban Mirzəzadə