-
- 16-01-2024, 14:45
- 133
İrəvan təsdiqlədi - RUSİYA SİLAHLARI GÖNDƏRİB
“Rusiyanın göndərdiyi silah-sursatın növbəti partiyası artıq ölkəmizdədir”.
News24.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan Parlamentinin deputatı Qaqik Melkonyan deyib.
O qeyd edib ki, təhvil-təslim prosesi ikitərəfli razılaşmaya əsasən həyata keçirilib.
Ermənistan Parlamentinin Müdafiə Komissiyasının sədri Andranik Koçaryan da mətbuata bu faktı təsdiqləyib. Lakin o bildirib ki, silah və hərbi texnika müqavilədə göstərilən həcmdə verilmir.
Ermənistanın Müdafiə Nazirliyindən isə məsələyə dair şərh verilməyib.
Qeyd edək ki, 44 günlük müharibədən sonra Nikol Paşinyan hökuməti dəfələrlə Kremli hərbi əməkdaşlığın şərtlərini pozmaqda ittiham edib.
Fərid Azəri