"Rusiya vədini yerinə yetirməyib" - VİDEO
    • 23-10-2023, 18:54
    • 141

"Rusiya vədini yerinə yetirməyib" - VİDEO

“Rusiya hələ də ölkəmizə vəd etdiyi silahları göndərməyib”.

RTV-nin məlumatına görə,  bunu Ermənistan Parlamentinin deputatı Andranik Koçaryan bildirib. 

O vurğulayıb ki, rəsmi Moskva müqaviləni icra etməkdən yayınır:

"Rusiya bizə silah-sursat göndərilməsini vəd etmişdi, amma hələ də buna əməl etməyib. Biz gözləmə mövqeyindəyik. Əsas odur ki, nəticə qənaətbəxş olsun. Onu da deyim ki, 44 günlük müharibədə müdafiə xəttimiz həddindən artıq zəif idi.  Biz ilk növbədə hava hücumundan müdafiə sahəsini gücləndirməliyik".