İraqla İran arasında - DİPLOMATİK QALMAQAL
    • 16-01-2024, 15:28
    • 174

İraqla İran arasında - DİPLOMATİK QALMAQAL

İraqın İrandakı müvəqqəti işlər vəkili Nasir Abdel Mohsen geri çağırılıb. 

News24.az xəbər verir ki, diplomat İnqilab Keşikçiləri Korpusu tərəfindən Ərbil şəhərinin atəşə tutulmasına etiraz olaraq paytaxt Bağdada dəvət olunub. 

Qeyd edək ki, iki ölkə arasındakı qalmaqal bir neçə gün əvvəl başlayıb. 

Əvvəlcə rəsmi Tehranın müvəqqəti işlər vəkili Əbu əl-Fədla Əzizi İraqın Xarici İşlər Naziriliyinə çağırılaraq, ona nota təqdim olunub. 

Bildirilib ki, İnqilab Keşikçiləri Korpusunun İraqın Kürdüstan vilayətinə silahlı hücumu qəbuledilməz olmaqla, suverenliyin qəsdən pozulmasına cəhd kimi qiymətləndirilməlidir.

Fərid Azəri