-
- 16-01-2024, 17:10
- 145
Avropa Rusiyanın aktivlərini - ÖZƏLLƏŞDİRİR
“Avropada Rusiyanın dondurulmuş aktivlərindən istifadə mexanizmi hazırlanır”.
News24.az-ın xəbərinə görə bunu Belçikanın maliyyə naziri Vinsent van Petehem deyib.
Onun fikrincə, dekabrda bununla bağlı daxil olan təkliflər dəyərləndirilib. Tezliklə bu təkliflərdən biri üzrə əməli addımlar başlanacaq.
Nazir onu da xatırladıb ki, hazırda adı çəkilən ölkənin dondurulmuş aktivlərin ümumi həcmi 200 milyard dollar təşkil edir.
Bu arada, ötən ilin sonunda dondurulmuş Rusiya vəsaitlərindən gələn gəlirin strateji sahələrə yönləndirilməsi təklif olunub.
Fərid Azəri