Ronaldo FİFA səsverməsində iştirakdan imtina etdi
    • 16-01-2024, 18:46
    • 128

Ronaldo FİFA səsverməsində iştirakdan imtina etdi

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu Beynəlxalq Futbol Federasiyasının (FIFA) ilin ən yaxşı futbolçusu üçün keçirilən səsverməsində iştirakdan imtina edib.

News.24.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi səhifəsi məlumat yayıb.

Bildirilir ki, Ronaldu sorğuda Portuqaliya millisinin kapitanı kimi iştirak etməli idi. Lakin onun əvəzinə bunu Pepe edib.

“Portu”nun futbolçusu birinci yeri Bernard Silva, ikinci yeri Erlinq Holand, üçüncü yeri isə Viktor Osimhenə verib. Maraqlıdır ki, o, sonda qalib gələn oyunçunu - Argentina millisinin və ABŞ-nin “İnter Mayami”sinin hücumçusu Lionel Messini seçməyib.

Mehriban Mİrzəzadə