-
- 25-11-2022, 15:41
- 275
Ronaldu Robben və Messini qabaqladı - tarixdə 7-ci dəfə
Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu dünən daha bir rekord müəyyənləşdirib.
News24.az "Apasport.az"-a istinadən bildirir ki, 37 yaşlı hücumçu DÇ-2022-nin ilk turunda Qanaya qarşı keçirilən matçın ən yaxşı futbolçusu seçilməklə mundiallar tarixində bu mükafata ən çox sahib olan oyunçuya çevrilib.
Ulduz futbolçu bu ada 7 dəfə layiq görülüb.
O, bu göstəricidə Aryen Robben (Niderland) və Lionel Messini (Argentina) qabaqlayıb. Adları çəkilənlər 6 dəfə analoji uğura nail olub.
Qeyd edək ki, Portuqaliya Qananı 3:2 hesabı ilə məğlub edib.