Rusiyalı milyarder faciəvi şəkildə ÖLDÜ
    • 16-01-2024, 19:10
    • 150

Rusiyalı milyarder faciəvi şəkildə ÖLDÜ

Rusiyalı milyarder Andrey Qodunov qar uçqununun altında qalaraq ölüb. 

News24.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə ötən gün baş versə də, onun meyiti bu gün tanınıb. 

Məlum olub ki, qar motosikli ilə gəzintiyə çıxan 48 yaşlı “texnomaqnat” hadisə zamanı ortağı İqor Slonski ilə birlikdə olub. O da uçqunun altında qalaraq dünyasını dəyişib. 

Andrey Qodunov "NBCom Group" şirkətinin həmtəsisçisi və rəhbəri olub. Onun rəhbərlik etdiyi şirkət "Apple", "Sony" və "Samsung" kimi nəhəng korporasiyaların Rusiyadakı dilleri olub.

Fərid Azəri