Lənkəran sakini traktorun ALTINDA QALARAQ ÖLDÜ
    • 3-06-2020, 13:43
    • 525

Lənkəran sakini traktorun ALTINDA QALARAQ ÖLDÜ

Lənkəranda faciəvi hadisə baş verib.

News24.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Liman şəhəri ərazisində qeydə alınıb. 

Boladi kənd sakini, 1982-ci il təvəllüdlü Famil Musayev ehtiyatsızlıq səbəbindən həmkəndlisi Mikayıl Məlikzadənin idarə etdiyi qoşqulu traktorun altında qalaraq ölüb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik dəqiq deyil. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.