Milyarder ad günündə faciəli şəkildə öldü
    • 27-06-2023, 11:11
    • 161

Milyarder ad günündə faciəli şəkildə öldü

Amerikalı milyarder Ceyms Kraun Kolorado ştatında yarış yolunda qəzada həlak olub. 

News24.az axşam.az-a istinadən xəbər verir ki, 70 yaşlı milyarder "Aspen Motorsports Park" şosesində idarəetməni itirib, yoldan çıxıb və təhlükəsizlik baryerinə çırpılıb. Çoxsaylı xəsarətlər alan Kraun hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, "Forbes"in hesabatına görə, Kraunun sərvəti 10,2 milyard dollardır. 

Paula Hannaueylə evli olan milyarderin dörd övladı var. Qəza baş verən gün milyarderin 70 yaşı tamam olub.