-
- 17-01-2024, 10:38
- 143
İraq İranı - BMT-yə ŞİKAYƏT ETDİ
İraq hökuməti İrandan BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib.
News24.az CNN-ə istinadən xəbər verir ki, qurumun baş katibinə bununla bağlı iki rəsmi məktub ünvanlanıb.
Müraciətlərdə İranın Ərbili hədəfə alması nəticəsində dinc sakinlər arasında ölənlərin olduğu, eləcə də infrastruktur obyektlərə və şəxsi əmlaka ziyan dəydiyi bildirilib. Bu addım eyni zamanda İraqın suverenliyinə təhdid kimi dəyərləndirilib.
Yanvarın 15-dən 16-a keçən gecə İnqilab Keşikçiləri Korpusu İraq və Suriyadakı hədəflərə aviazərbələr endirib. Rəsmi Tehran ballistik raketlərin anti-İran ideologiyasına xidmət edən terrorçu qruplaşmaları zərərsizləşdirmək məqsədi daşıdığını bəyan edib. O da bildirilib ki, aviazərbələr nəticəsində İsrail Kəşfiyyatının Kürdüstan regionundakı gizli qərargahı məhv edilib.
Qeyd edək ki, hadisədən sonra İraq Tehrandakı səfirini geri çağırıb.
Fərid Azəri