İran Pakistana PUA-larla hücum etdi
    • 17-01-2024, 12:00
    • 121

İran Pakistana PUA-larla hücum etdi

İran Pakistana raket və pilotsuz təyyarələrlə zərbələr endirib.

News.24.az  xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə,  zərbələr nəticəsində “Ceyş ül-Ədl" ("Ədalət ordusu": İran mediası bu hərəkatı gözdan salmaq üçün onun adını "Ceyş ül-Zülm" (Zalımlar ordusu) kimi yazır - red.) qruplaşmasının iki qərargahı məhv edilib.

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə hücumu nəticəsində iki uşaq ölüb.

Mehriban Mirzəzadə