Partlayışda ölən daha üç nəfərin kimliyi bilindi - FOTO
    • 17-01-2024, 12:50
    • 332

Partlayışda ölən daha üç nəfərin kimliyi bilindi - FOTO

Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olan daha 3 nəfərin kimliyi bilinib.

News24.az “Qafqazinfo”ya istinadla bildirir ki, bunlar-Aydın Atakişiyev, Elvin Məmmədov və Fərid Qubadovdur.

A.Atakişiyev Quba, E.Məmmədov Saatlı, F.Qubadov isə Cəlilabad rayonundan olub. Onların cəsədləri dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə nəticəsində bu günə olan məlumata görə 9 nəfər həlak olub. Hazırda axtarış işləri davam edir.

Həlak olan şəxslərdən üçünün fotosunu təqdim edirik:

 Aydın Atakişiyev

 

Fərid Qubadov

Elvin Məmmədov