Fişəng fabrikində partlayış baş verdi: 17 nəfər öldü
    • 17-01-2024, 16:00
    • 155

Fişəng fabrikində partlayış baş verdi: 17 nəfər öldü

Tailandda fişəng fabrikində baş verən partlayış nəticəsində azı 17 nəfər ölüb.

News.24.az xəbər verir ki, bu barədə “Tay Rath” qəzeti məlumat yayıb.

Hadisə Tailandın mərkəzində Suphanburi əyalətində baş verib.

Xatırladaq ki, 2022-ci ilin noyabrında bu müəssisədə oxşar hadisə baş verib. Bir nəfər ölüb, üç nəfər ağır yaralanıb.

Mehriban Mirzəzadə