-
- 17-01-2024, 16:30
- 192
İraq Ərəb Dövlətləri Liqasının Şurasını çağırdı – Təcili
İraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit bölmələri) İraq Kürdüstanının inzibati mərkəzini atəşə tutması ilə əlaqədar yanvarın 17-də Ərəb Dövlətləri Liqasının (LAS) Şurasını təcili iclas keçirməyə çağırıb.
News.24.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İraq Ərəb Liqası Şurasını 2024-cü il yanvarın 16-da İranın Ərbil şəhərini bombalamasını pisləmək üçün 2024-cü il yanvarın 17-də təcili iclas keçirməyə çağırıb”,- məlumatda qeyd edilib.
Mehriban Mirzezadə