-
- 17-01-2024, 17:00
- 175
SEPAH Pakistanla sərhəddə terrorçuların bir hissəsini məhv edib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və respublika ordusunun sərhəd xidmətləri çərşənbə günü respublikanın cənub-şərqində, Pakistanla sərhəddə “Ceyş əl-Ədl” terror qruplaşmasının hücrəsini məhv etmək üçün əməliyyat keçirib.
News24.az xəbər verir ki, bu barədə İranın "Tasnim" dövlət agentliyi məlumat yayıb.
“İran sərhəd qüvvələri Rask şəhəri ərazisində “Ceyş əl-Ədl” terror qruplaşmasının silahlı bölməsinə qarşı əməliyyat keçirib. Terrorçulardan biri öldürülüb, qalan üzvləri isə qaçıblar. Təqiblər nəticəsində onlar aşkar edilərək İran Ordusunun Sərhəd Mühafizə Xidmətinin və SEPAH qüvvələri tərəfindən mühasirəyə alınıb və tamamilə məhv edilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, əməliyyat zamanı sözügedən qrupda bir neçə silah, sursat, partlayıcı maddə və bomba hazırlamaq üçün avadanlıq aşkar edilib.
Mehriban Mirzəzadə