-
- 17-01-2024, 18:59
- 240
"Müstəqil Ukrayna Rusiya üçün ölümcül təhlükədir" - Medvedev
"Müstəqil Ukraynanın mövcudluğu Rusiya əhalisi üçün ölümcül təhlükədir".
News24.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Medvedev qeyd edib ki, Ukraynada hökumətin necə dəyişməsindən asılı olmayaraq, bu, həmişə döyüş əməliyyatlarının bərpası üçün səbəb olacaq.
O, həmçinin bildirib ki, Ukraynanın Avropa İttifaqı və ya NATO-ya üzv olması yeni münaqişənin qarşısını ala bilməz.