Ruhi Əliyeva Türkiyədə növbəti müqaviləsini kiminlə imzaladı -VİDEO
    • 22-04-2019, 18:29
    • 2 626

Ruhi Əliyeva Türkiyədə növbəti müqaviləsini kiminlə imzaladı -VİDEO

İş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva Türkiyədə ərsəyə gətirməyə hazırlaşdığı “Ağır romantik” filminin müqaviləsini imzalayıb.

News24.az xəbər verir ki, bu barədə top-stilist Anar Ağakişiyev şəxsi instagram hesabında video paylaşaraq Ruhi Əliyevanı təbrik edib.

R.Əliyevanın rəhbərliyi, “Liatris Yapım” imzası ilə işıq üzü görəcək “Ağır romantik” filminin rejissoru tanınmış türkiyəli rejissor Deniz Denizcilerdir.
Bu ayın sonu aktyor heyətinin bəlli olacağı ekran işinin çəkilişləri may ayında start götürəcək.