Messi özünə otel aldı
    • 13-04-2019, 16:25
    • 769

Messi özünə otel aldı

Kataloniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi İspaniyanın Mayorka adasında yerləşən otellərdən birini alıb və yenidənqurma işlərindən sonra mayın 2-də onun açılışını etməyi planlaşdırır.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, otelin keçmiş sahibi Visent Miralyes məşhur futbolçu "yalnız böyüklər üçün" formatında işləyən dördulduzlu istirahət guşəsini adanın şərq sahilində yerləşən Silyot kurort qəsəbəsində aldığını bildirib. O həmçinin əlavə edib ki, hazırda oteldə böyük təmir işləri gedir və açılış mayın 2-nə planlaşdırılıb.