-
- 18-01-2024, 11:13
- 141
Çin ABŞ-a çağırış etdi
Birləşmiş Ştatlar ÇXR ilə qarşılıqlı razılaşmalara hörmət etməli və Tayvanda separatçılara dəstəyi dayandırmalıdır.
News24.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin rəsmi nümayəndəsi Çen Binxua deyib.
“Biz ABŞ-ı vahid Çin prinsipinə və ÇXR ilə ABŞ arasında üç birgə kommünikeyə əməl etməyə, “Tayvanın müstəqilliyini” dəstəkləməməyə və konkret addımlar atmağa, separatçı qüvvələrə yalan siqnallar göndərməyi dayandırmağa çağırırıq”, - deyə, o bildirib.
O, həmçinin Tayvan məsələsinin Çinin milli maraqlarının mərkəzində dayandığını və ABŞ-la ikitərəfli münasibətlərin ən həssas aspekti olduğunu vurğulayıb.
Mehriban Mirzəzadə