-
- 18-01-2024, 15:22
- 260
Sülh müqaviləsi Rusiyada imzalana bilər? - Rusiya XİN AÇIQLADI
"Azərbaycan Rusiya Federasiyası ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır".
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin yalnız onların ərazisində imzalanmasını istəyirlər, bu faktdır. Eyni zamanda Azərbaycan faktiki olaraq münaqişənin dayandırılması və bütün məsələlərin həlli üçün bütöv əməkdaşlıq sisteminin qurulması səylərinin başladığı Rusiya ərazisində bunu imzalamağa hazırdır. Ermənistanın paytaxtına çoxdan müvafiq siqnallar göndərilsə də, İrəvanın buna nə dərəcədə hazır olduğunu bilmirəm”.
Qumral