Yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər - Peskov AÇIQLADI
    • 26-05-2023, 14:49
    • 336

Yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilər - Peskov AÇIQLADI

Heç kim zamanı qovmur, lakin yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündür. 

News24.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Kimsə sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdırmır. Baxmayaraq ki, dünənki görüşdə deyildiyi kimi, indi şərait bir çox cəhətdən dəyişib və əslində, konseptual olaraq, bu dəyişmiş vəziyyətlər yaxın gələcəkdə sülh müqaviləsi imzalamağa imkan verir. Həqiqətən də, dünən Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan razılığa gəliblər və müvafiq olaraq baş nazir müavinlərinin gələn həftə, yəni bir həftə sonra görüşəcəkləri barədə göstəriş veriblər. Görüş gələn həftənin sonu olacaq. Onlar Moskvada bir araya gələcək və mövcud problemləri, onların həlli yolları ilə bağlı fundamental anlayışı müzakirə edəcəklər. Lakin biz hələ də təfərrüatları razılaşdırmalıyıq”, - deyə Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası, Azərbaycan və Ermənistaın baş nazir müavinlərinin bir həftədən sonra görüşərək Qarabağla bağlı texniki məsələləri müzakirə edəcəklərini bildirmişdi.

Turan