-
- 18-01-2024, 16:13
- 177
“Xanımına dedi ki, gör, maşınımda kim əyləşib”
Xalq artisti Mənsum İbrahimov qastrol səfərlərinin birində başına gələn maraqlı hadisədən danışıb.
News24.az OLAY-a istinadla yazır ki, bu barədə o, “Xəbər-ətər” proqramında açıqlama verib.
“Konsertdən sonra Sidneydə gəzirdik. Taksi sifariş verdik, gördüm ki, rol sağdadır. Mən də öndə əyləşdim. Sərinkeş işləyirdi, özü də yay ayıdı. Amma konsert olacaq deyə kondisioneri istəmirdim. Elçinə dedim ki, başa salsın. O, da izah elədi. Amma maraqlı bir şey oldu, sürücü sərinkeşi söndürüb, mənə baxırdı. Sən demə, sürücü təbrizli imiş birdən qayıtdı ki, baba, sən Mənsum İbrahimovsan, səni tanıdım. Şəklimizi çəkib xanımına atdı ki, gör maşınımda kim əyləşib. Bir dəfə taksiyə mindik, o da Cənubi azərbaycanlı çıxdı”, - deyə, xanəndə vurğulayıb.