-
- 18-01-2024, 18:35
- 193
Zelenski fransalı həmkarı ilə danışdı
Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
News24.az xəbər verir ki, bu bardə Ukrayna prezidenti öz Twitter hesabında məlumat yayıb.
“Biz siyasi və hərbi müşavirlərə Fransa prezidentinin Ukraynaya qarşıdakı səfərinə hazırlığa başlamağı və G7 Vilnüs Bəyannaməsi çərçivəsində təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli saziş üzrə danışıqları sürətləndirmək barəsində müzakirələr etdik”, - deyə Ukrayna lideri qeyd edib.
Zelenskinin sözlərinə görə, o, Makrona Artilleriya Koalisiyası təşəbbüsünü irəli sürdüyünə və Fransanın 2024-cü ildə Ukrayna üçün onlarla qabaqcıl Sezar artilleriya sistemləri və sursatları istehsal etmək öhdəliyini elan etdiyinə görə təşəkkür edib.
Mehriban Mirzəzadə