Bulvarda intihar hadisəsi - DƏHŞƏT
    • 14-04-2019, 19:00
    • 1 471

Bulvarda intihar hadisəsi - DƏHŞƏT

Bakıda 1 nəfər özünü Xəzər dənizinə atıb. Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadizə Dənizkarı Milli Park ərazisində baş verib. 14 yaşlı qız özünü dənizə ataraq, intihar etmək istəyib. Dərhal xəstəxanaya çatdırılan 14 yaşlı qızçığazın vəziyyətinin ağır olduğu bildirilir.