Bulvarda 40 yaşlı kişinin meyiti dənizdən çıxarıldı
    • 3-09-2019, 01:58
    • 1 145

Bulvarda 40 yaşlı kişinin meyiti dənizdən çıxarıldı

Bakı Bulvarında bir nəfər dənizdə batıb.
Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, Dənizkənarı Milli Park ərazisində, qeyri-məntəqə (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Yağmalıyev Mübariz Həsənbala oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.