-
- 14-04-2019, 20:44
- 1 535
Qənirə Paşayeva ÇAĞIRIŞ ETDİ
"İtaliya Parlamentinin Osmanlı imperiyasında qondarma “erməni soyqırımı”nı faktiki olaraq tanıyan qətnamə qəbul etməsini qınayırıq və sosial şəbəkələrdə insanlarımızın, gənclərimizin fəal olaraq bu qərara etirazı İtaliya parlamentinin, millət vəkillərinin sosial media hesablarına italyan və ingilis dillərində göndərməsi və paylaşması lazımdır".
News24.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib. O, bu məsələnin çox ciddi məsələ olduğunu diqqətə çatdırlb: "İtaliya bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun üzvü kimi neytrallığına kölgə saldı və Leqa Partiyasının bu qondarma “erməni soyqırımı”ndan Avropa Parlamentinə seçkilərdə səslərini artırmaq məqsədilə səhnələşdirdiyi oyuna İtalya Parlamentini alət kimi istifadə etməsi qəbuledilməzdir. Qondarma soyqırım haqda qərar qəbul eden İtaliya parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytral da ola bilməz. Özəlliklə sosial mediada çox təcrübəli olan insanlarımız, onminlərlə insan olaraq etirazımızı sosial media üzərinden İtaliya millət vəkillərinə, parlamentinə çatdırma məsələsində effektli yolları sosial şəbəkələr üzərindən gənclərlə bölüşsünlər və fəal olma çağırışı edək. Bu çox ciddi məsələdir. Qardaş Türkiyə və Türk dünyası gəncliyini, İtalyada yaşayan Türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən İtaliya rəhbərliyi, parlamenti, millət vəkilləri və ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı millət olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi və gerçəkləri daim yaymaqda israrlı olduğumuzu və olacağımızı görməlidir".