Qadın sürücü qəzaya düşdü, OĞLU DÖYÜLDÜ
    • 21-01-2024, 22:49
    • 569

Qadın sürücü qəzaya düşdü, OĞLU DÖYÜLDÜ


Bakının Sabunçu rayonunda yol qəzası zamanı sürücü xəsarət alıb, sərnişin döyülüb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Zabrat şosesində  qeydə alınıb.

3 minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

“Kia”markalı avtomobili idarə edən avtomobil təlimçisi qarşısına maneə çıxdığı üçün qəfil əyləcdən istifadə edib. Eyni istiqamətdə olan “Toyota”nın sürücüsü ara məsafəsini gözləyərək avtomobili saxlaya bilib. Ancaq “Land Rover” markalı nəqliyyat vasitəsi “Toyota”ya çırpılıb və zəncirvari yol qəzası baş verib. “Toyota”nın sürücüsü - 60 yaşlı Həsənova Firuzə Nadir qızı xəsarət alıb. Həmin avtomobildə olan onun oğlu 40 yaşlı Həsənov Polad Məhəmməd oğlu bundan hiddətlənərək “Land Rover”-in sürücüsü ilə dava edib. O, döyülərək xəsarət alıb. Hər iki şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.