-
- 22-01-2024, 09:20
- 285
İsrail HƏMAS-ın təkliflərini rədd etdi
İsrail Fələstinin "Həmas" hərəkatının anklavda saxlanılan bütün israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması tələbini rədd edir.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu deyib.
B.Netanyahu bildirib ki, "HƏMAS" israilli girovların azad edilməsi müqabilində müharibənin dayandırılmasını, İsrail qüvvələrinin Qəzza zolağından çıxarılmasını və "HƏMAS"a toxunulmazlıq tələb edib. Baş nazir qeyd edib ki, bu şərtlərlə razılaşmaq hərbçilərin itkisinə və vətəndaşların təhlükəsizliyinin təmin oluna bilməməsinə gətirib çıxaracaq.
"Mən İsrailin təhlükəsizliyinə zərər vuran belə bir kritik zərbə ilə razılaşa bilmərəm, ona görə də buna razı olmayacağıq", - deyə o bildirib.