Ərdoğan və Putin bu tarixdə görüşəcək
    • 12-08-2023, 15:46
    • 241

Ərdoğan və Putin bu tarixdə görüşəcək

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş avqustun sonu və ya sentyabrın əvvəlində baş tuta bilər.

News24.az xəbər verir ki, Türkiyənin “A haber” kanalı məlumatı yayıb. 

Telekanalın məlumatına görə, Türkiyə prezidenti Putinin ölkəyə gəlişini gözləyir, lakin Rusiya lideri Türkiyəyə səfər edə bilməsə, o zaman Rusiyaya səfər istisna edilmir. Kanalın iddiasına görə, görüşün dəqiq tarixi açıqlanmır, lakin güman ki, avqustun sonu və ya sentyabrın əvvəlində olacaq.

Qumral