-
- 15-04-2019, 10:32
- 1 248
Aslan İsmayılov Ali Məhkəməyə MÜRACİƏT ETDİ
Tanınmış vəkil Aslan İsmayılov keçən ilin noyabrında Binəqədi rayon Məhkəməsinin onun barəsində verdiyi qərardan Ali Məhkəməyə şikayət edib.
News24.az-ın məlumatına görə, hüquqşünas Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunub. İttihama görə, A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb, məhkəmə zalındakı divarın suvağını dağıdıb, səs-küy salıb iş prosesini pozmaq istəyib.
Binaya dəyən ziyana görə Əmlak Məsələləri Dövlət Komitəsi zərərçəkən kimi tanınıb və A.İsmayılovun qazancının 20%-nin tutulması və onun 1500 manat məbləğində cərimə olunması barədə qərar qəbul edilib.
Aslan İsmayılovun Ali Məhkəməyə müraciətinə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.