Bakıda evli bacısını başqa kişi ilə tutan qardaşdan DƏHŞƏTLİ CİNAYƏT
    • 30-05-2019, 17:15
    • 1 696

Bakıda evli bacısını başqa kişi ilə tutan qardaşdan DƏHŞƏTLİ CİNAYƏT

Bakıda bacısını öldürməyə cəhd etmiş şəxsin barəsində Ali Məhkəməyə müraciət edilib. News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 29.120.1-ci, yəni qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham edilərək barəsində 2 il müddətinə həbs qərarı verilmiş Məmmədov Niyaməddin Ədail oğlu barəsində prokurorluğun apellyasiya şikayəti təmin edilmədikdən sonra qərardan Ali Məhkəməyə kasasiya şikayəti verilib. İşə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Xətai rayonunda kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.
Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibəti olduğunu öyrənib və buna görə onu bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olduğu maddə tövsif edilib və Niyaməddin Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bu qərardan prokurorluğun apelyasiya instansiyasına verdiyi şikayət təmin edilməyib.