-
- 22-01-2024, 15:57
- 402
Tanınmış bloqer həbs edildi - FOTO
Rusiyanı tərk edən bloqer Aleksandr Şpak Rusiya ordusunu gözdən saldığı üçün qiyabi həbs edilib.
News24.az xəbər verir ki, bu hökmü bu gün paytaxtın Basmannı məhkəməsi çıxarıb.
Əvvəllər RF Silahlı Qüvvələri haqqında yalan məlumat yaydığına görə bir neçə dəfə cərimələnən Şpak axtarışa verilmişdi. Bəzi məlumatlara görə, 2022-ci ilin martında İndoneziyaya gedib, sonra Türkiyəyə köçüb və o vaxtdan bloqer Rusiyaya qayıtmayıb.
Məhkəmə bloqerin Rusiya ərazisinə girən kimi həbs olunması barədə qərar verib.
Nəzrin