"Ukrayna 15 il əvvəllə müqayisədə NATO üzvlüyünə daha yaxındır" - Stoltenberq
    • 10-07-2023, 16:44
    • 328

"Ukrayna 15 il əvvəllə müqayisədə NATO üzvlüyünə daha yaxındır" - Stoltenberq

NATO Baş katibi Yens Stoltenberq əmin edib ki, hazırkı vəziyyətdə Ukrayna 2008-ci illə müqayisədə NATO üzvlüyünə daha yaxındır.

News24.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

“2008-ci illə müqayisədə Ukrayna indi NATO-ya daha yaxındır. Bu, faktdır”, - NATO-nun baş katibi vurğulayıb.

Stoltenberq əlavə edib ki, o, Ukraynanın bir gün alyansa üzv olacağına inanır, lakin NATO üzvü olan ölkələr uyğun vaxta müstəqil qərar verməlidir.

“Mən tam əminəm ki, biz müttəfiqləri birləşdirəcək belə bir qərara gələcəyik...” deyə təşkilatın baş katibi bildirib.

Stoltenberq Ukraynanın NATO-ya daxil olmasının təxmini tarixini açıqlamayıb.

Akqabay