"Türkiyə ilə Rusiya eyni tərəfdədir" - - ƏRDOĞAN
    • 4-08-2023, 16:33
    • 188

"Türkiyə ilə Rusiya eyni tərəfdədir" - - ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin taxıl müqaviləsi ilə bağlı vəziyyətdə Rusiya Federasiyası ilə eyni tərəfdə olduğunu bildirib.

News24.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

“Biz Rusiya ilə eyni tərəfdəyik. Biz Rusiyanın Qara dənizdəki dəhlizlə tədarük edəcəyi taxılı un halına gətirəcəyik , bundan sonra bu un Afrikanın ən kasıb ölkələrinə və inkişaf etməkdə olan ölkələrə göndəriləcək”, - deyə Ərdoğan bildirib.

Həmçinin məlum olduğu kimi, Türkiyə prezidenti Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin avqustda baş tutacağını gözləyir . O, Putinin Türkiyəyə səfərinin dəqiq tarixinin hələ müəyyən edilmədiyini vurğulayıb. 

Aydan