Röyanın da səhifəsinə hücum oldu - VİDEO
    • 24-01-2024, 09:48
    • 687

Röyanın da səhifəsinə hücum oldu - VİDEO

Xalq artisti Röya Ayxanın da instagram səhifəsini ələ keçirtmək istəyiblər.

News24.az axar.az-a istinadən bildirir ki, bu barədə ifaçı Mtv maqazinin suallarını cavablayarkən məlumat verib. R. Ayxan bildirib ki, ona da aparıcı Ranar Musayevdən link yollanılıb. Amma ifaçı linkə daxil olmayıb:

"Hər birimizin instagram səhifəsi qorunur. Sənə gələn linkə daxil olmamalısan. Mən mənə gələn mesaja baxmıram, o ki, qala linkə daxil olam".

Xalq artisti 22 mart Moskva şəhərində " Vegas city hall "da verəcəyi konsert barədə də məlumat verib:

"Böyük komanda və yüksək əhval ruhiyyə ilə Moskvaya gəlirik, çox gözəl konsert proqramı ilə çıxış edəcəyik".