-
- 5-07-2023, 13:06
- 310
Azərbaycanda “500 manat uşaqpulu“ fırıldağı: Valideynlərin nəzərinə - FOTO
Teleqram sosial şəbəkə platformasında dələduzların yeni tələsi peyda olub.
News24.az xəbər verir ki, istifadəçilərə 500 manat uşaqpulu müqabilində yönləndirilən linkə daxil olmaları üçün mesajlar göndərilir.
Texnlobloqçu Fərid Pərdəşünas bildirib ki, bu, “Telegram”da böyük və təhlükəli “spam” dalğasıdır:
"Linkə klik etdikdə bütün “telegram”kontaktlarınıza sizin adınızdan mesaj gedir. Bəzi istifadəçilərin ümumiyyətlə hesabına giriş edilir. Linkə daxil olduqda Prezidentin “web” səhifəsinə bənzər sayt açılır və 500 manat uşaq pulu almaq üçün şəxsi məlumatlar tələb edilir. Belə mesaj aldıqda, daxil olmadan təcili silin"./Metbuat.az/