Ülviyyə ana oldu - FOTO
    • 24-01-2024, 12:02
    • 168

Ülviyyə ana oldu - FOTO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Əməkdar artist Ülviyyə Əliyeva ana olub.

News24.az olay-a istinadən bildirir ki, bir neçə həftə öncə sənətçinin oğlu dünyaya gəlib. Aktrisa anasının xəstəliyi və vəfatı ilə əlaqədar bu xəbəri hər kəsdən gizlədib, bu barədə danışmaq istəməyib.

O, hamiləliyi boyunca və övladını dünyaya gətirəndən sonra sevincini yalnız ən yaxınları ilə bölüşüb. Ülviyyə oğluna Amin adını verib.

Qeyd edək ki, "Keyxanım" obrazı ilə məşhurlaşan aktrisa 2018-ci ildə Manaf Muxtarov adlı bəylə ailə qurub.