Dünyanı "günəş fırtınası" vurdu: Daha böyüyü gözlənilir...
    • 24-01-2024, 16:07
    • 202

Dünyanı "günəş fırtınası" vurdu: Daha böyüyü gözlənilir...

ABŞ-ın qərbində və Cənubi Amerika sahillərində baş verən günəş fırtınası səbəbindən elektrik enerjisində qısamüddətli fasilə yaranıb. Mütəxəssislərin fikrincə, hadisə cəmi bir neçə saniyə davam edib, lakin Yer kürəsini daha bir günəş qasırğasının vuracağı gözlənilir.

News24.az xəbər verir ki, fırtınadan əvvəl ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) Kosmik İqlimi Proqnozlaşdırma Mərkəzi (SWPC) bunun elektrik şəbəkələrini pozma ehtimalının təxminən 60 faiz olduğunu söyləyib.

Mütəxəssislərin fikrincə, bu gün baş verməsi gözlənilən fırtına radiostansiyalara və aviasiya rabitə sistemlərinə də eyni dərəcədə dağıdıcı təsir göstərə bilər.

Kosmik iqlim üzrə fizik Tamitha Skov "Daily Mail"ə verdiyi açıqlamada, "Radiosiqnalın deqradasiyası riski artır. Dünən iki kiçik M sinifli partlayış baş verdi və qısa müddətli R1 səviyyəli radio siqnalının kəsilməsinə səbəb oldu, lakin tezliklə bunu daha uzun müddət görə bilərik", deyə o qeyd edib.

Nəzrin