Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - FOTO
    • 24-01-2024, 19:30
    • 194

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb - FOTO

Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

News24.az report-a istinadən xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Bu gün Füzuliyə 30 ailə (125 nəfər) dönüb.

Bununla da Füzuli şəhərinə qayıdan ailələrin sayı 470-a (1750 nəfər) çatıb.